Rusiya Telman İsmayılova görə Monteneqro rəsmisinə qadağa qoyub
Qeyd olunub ki, fevralın 2-də Rusiya XİN-in Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Moskvadakı səfirliyinə göndərilib.
"Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır", - məlumatda deyilir.
Xatırladaq ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov ötən ilin oktyabrında bu ölkədən siyasi sığınacaq aldı. İsmayılov sığınacaq aldıqdan sonra cəzaçəkmə müəssisəsindən azad edilib.
AzVision.az
Teqlər: Telman-İsmayılov







Vaxtında, Aydın, Lazımlı!


