Hindistanın xarici ölkələrə ayırdığı yardımın həcmi açıqlanıb

Hindistanın xarici ölkələrə ayırdığı yardımın həcmi açıqlanıb
  02 Fevral 2022    Oxunub:745
Hindistan hökuməti 2022-2023-cü illər üçün dövlət büdcəsindən bir sıra ölkələrə ayırdığı maliyyə yardımının həcmini açıqlayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki rəsmi Dehli Əfqanıstana 2 milyard rupi (45 milyon manat) həcmində maddi yardım ayırıb. Bu isə 2021-22-ci illərin büdcəsində nəzərdə tutulmuş 3,5 milyard rupi (79 milyon manat) ilə müqayisədə azalma deməkdir.

Məlumata görə, Hindistan Myanmara (136 milyon manat), Maldiv adalarına (təxminən 82 milyon manat), Banqladeşə (68 milyon manat) və Monqolustana (2 milyon manat) ayırdığı yardımlarda artım müşahidə edilib. Bununla belə, ölkənin Butana (təxminən 22,6 milyard manat), Nepala (169 milyon manat) və Seyşel adalarına (təxminən 3,2 milyon manat) ayırdığı yardımlarda da azalma baş verib.

Hindistandan Şri-Lankaya (45 milyon manat), Mavrikiyə (204 milyon manat) və Çabahar limanı layihəsinə edilən yardımlarda isə heç bir dəyişiklik müşahidə olunmayıb.

AzVision.az



Teqlər: Hindistan   Yardım  



Xəbər lenti