AKP sözçüsü Ermənistanla əlaqələrin normallaşmasından danışıb

 AKP sözçüsü Ermənistanla əlaqələrin normallaşmasından danışıb
  02 Fevral 2022    Oxunub:872
"Türkiyə Ermənistanla normallaşma prosesində bir daha sülh və diplomatiyanın tərəfdarı olduğunu nümayiş etdirdi".
AzVision.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

O bildirib ki, Ermənistanla uçuşlar bərpa olunur, amma bu nöqtəyə gəlib çıxmaq üçün uzun bir yol qət edilib.

Çelikin sözlərinə görə, Vətən Müharibəsi bu normallaşmanın baş verməsi və bölgədəki sülh üçün bir fürsət yaradıb: “Bu normallaşma addımları Azərbaycanın razılığı ilə atılır”.

AzVision.az


Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti