Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqləyib

   Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqləyib
  02 Fevral 2022    Oxunub:935
ABŞ prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib.
AzVision.az xəbər verirki, bu barədə "CNN" ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qoşunların göndərilməsi yaxın günlərdə baş tutacaq. Qeyd olunub ki, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.

Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.

“The Wall Street” jurnalı 3000-dən çox əsgərin avropalı müttəfiqlərlə həmrəylik nümayişi üçün göndəriləcəyini yazıb. Onlardan təxminən 2000-i Fort Braqqdan Polşa və Almaniyaya, daha 1000 əsgər isə Almaniyadan Rumıniyaya göndəriləcək. Bunun həftəsonunadək baş tutacağı bildirilib.

AzVision.az




Teqlər: ABŞ   Qoşun  



Xəbər lenti