Gərginlik artır: Daha 3 rus gəmisi Aralıq dənizinə daxil oldu- FOTO

      Gərginlik artır:    Daha 3 rus gəmisi Aralıq dənizinə daxil oldu-    FOTO
  03 Fevral 2022    Oxunub:1561
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik pik həddə çatıb. Son günlər Ukraynada yeni müharibənin başlanacağı ilə bağlı xəbərlər isə dünya mediasında ən çox müzakirə olunan mövzuya çevrilib.
AzVision.az xəbər verir ki, belə bir beynəlxalq böhran vəziyyətində Moskva əzələ nümayiş etdirməkdə davam edir. Bu gün yerli media Rusiyaya məxsus 3 hərbi gəminin Aralıq dənizinə daxil olması barədə məlumat yayıb.


CSİS: "Krımda NATO ordusunu məhv etmək üçün kifayət qədər silah var" - FOTOLAR
- İndi orada Rusiya Hərbi Dəniz Qüvvələrinin doqquz gəmisindən ibarət xüsusi qrup formalaşdırılıb. Bir neçə saat əvvəl peyklər Rusiyanın 3 hərbi gəmisinin Süveyş kanalından Aralıq dənizi istiqamətində keçməsini qeydə alıb. Bura “Admiral Tribuç” adlı sualtı qayıq əleyhinə gəmi, “Varyaq” raket kreyseri və “Boris Butoma” tankeri daxildir. Eyni zamanda, daha üç gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı bazasında yerləşir. Sonrakı hərəkət marşrutu naməlum olaraq qalır. Ərazidə olan ABŞ Hərbi Dəniz Qüvvələri artıq Rusiya gəmilərini izləməyə başlayıb,-məqalədə yazılıb.

Son həftələrdə Rusiya ilə Qərb ölkələri arasındakı siyasi böhran Ukraynaya görə gərginləşib. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirirlər. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerləşdirmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək, heç kimi təhdid etmədiyini söyləyir. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyirlər. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Gəmi   Qərb   Müharibə  



Xəbər lenti