"Macarıstanla iqtisadi əməkdaşlığın inkişafı üçün ciddi əsas yaradılıb” - XİN rəhbəri
Nazir bildirib ki, Azərbaycan Avropa ölkələri üçün etibarlı enerji təminatçısına çevrilib. "Enerji sahəsində münasibətlərin inkişafında Macarıstanın marağını müşahidə edirik. Macarıstan "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclaslarında hər dəfə iştirak edir. Sabahkı iclasda da ölkə təmsil olunacaq".
C.Bayramov deyib ki, iki ölkə arasında parlament sahəsində əlaqəlin inkişafı gələcək illərdə daha da intensivləşəcək. Bundan əlavə, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Macarıstan Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


