Putin və Cinpin beynəlxalq təhlükəsizlik məsələlərin müzakirə edib
Qeyd olunub ki, mehriban atmosferdə keçən görüşdə liderlər ikitərəfli münasibətlər və beynəlxalq strateji təhlükəsizlik və sabitliklə bağlı bir sıra mühüm məsələlər üzrə dərin və hərtərəfli fikir mübadiləsi aparıblar.
Vurğulanıb ki, Rusiya və Çin güc tətbiqinə, zorakılığa, birtərəfli sanksiyalara və ekstraterritorial yurisdiksiyaya qarşıdırlar. Çin və Rusiya ÜTT-nin rolunu gücləndirməyə kömək edəcək və birtərəfli tədbirlərə və proteksionizmə qarşı çıxacaqlar.
Vladimir Putin bir günlük səfərlə Çinə gedib. Bu, Rusiya prezidentinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir. Rusiya lideri XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.
Pərvanə Sultanova
AzVision.az