“Bild” Rusiyanın Ukraynanı “birləşdirmə planını” dərc edib
Məqalədə vurğulanıb ki, Rusiya guya fevral və ya mart aylarında işğal planlaşdırır və uğurlu hərbi faza baş verərsə, “Rusiyayönlü marionet hökumət” yaratmağa başlanacaq. Sadalanan planlar arasında şəhərlərin mühasirəyə alınması, yeni loyal Radanın seçilməsi, hətta müqavimət göstərənlər üçün xüsusi düşərgələrin hazırlanması da var.
Nəşr iddia edir ki, Moskvanın son məqsədi Rusiya, Belarus və Ukraynadan ibarət İttifaq Dövlətinin yaradılmasıdır.
Bu məlumat Rusiyanın Ukraynaya hücuma başlaması ilə bağlı "Bloomberg"in gecə xəbərindən sonra ortaya çıxıb. Agentlik bunun səhv olduğunu etiraf edib və səbəbləri aradan qaldıracağını açıqlayıb. "Bloomberg" hazırda bununla bağlı araşdırma aparır.
Xatırladaq ki, rəsmi Moskva dəfələrlə Qərbin və Ukraynanın təcavüz ittihamlarını rədd edib və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


