Ukrayna Almaniyadan Bundesverdə olmayan silahları tələb edir

   Ukrayna Almaniyadan    Bundesverdə olmayan silahları    tələb edir
  05 Fevral 2022    Oxunub:1265
Almaniyanın Ukraynaya mümkün silah tədarükü ilə bağlı müzakirələrdə reallıq yoxdur, çünki Kiyev Berlindən Bundesverin(alman ordusu) özündə olmayan silahları tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri yazlb.

Qeyd olunub ki, bundan əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik ölkəsini dünyanın ən yaxşılarından olan alman hərbi gəmiləri və ən müasir hava müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

"Welt” yazır ki, bu iki arzunun heç biri real deyil, çünki Bundesver özü onları almaq istəyər. Belə ki, alman ordusunda silahlanma ilə bağlı vəziyyətə dair hesabata əsasən, AFR-nin dəniz qüvvələrinə gəmilər, o cümlədən korvetlər və tankerlər çatışmır.

Hava hücumundan müdafiə sistemləri ilə bağlı da vəziyyət eynidir. Ölkənin müdafiə naziri Kristin Lambrext yanvarın 31-də məlumatlandırılıb ki, havadan gələn təhdidlərdən qorunma quru qoşunlarını narahat edən mövzudur. "Patriot" hava hücumundan müdafiə sistemləri, onların ixtiyarında olan taktiki ballistik və qanadlı raketlər təcili modernləşdirmə və hətta dəyişdirilməsini tələb edir.

"Uzun müddətdir ki, bununla bağlı müzakirələr gedir. Həmişə pul çatışmazlığı olub. Ukraynanın da sursata ehtiyacı ola bilər, lakin Bundesverin anbarlarının boş olduğu nəzərə alınmır", - nəşr yazıb.

Qeyd olunub ki, Bundesverin baş müfəttişi Eberhard Çorn sursat ehtiyatlarını artırmaq üçün 20 milyard avro lazım olduğunu söyləyib.

Münhendəki Bundesver Universitetinin professoru Karlo Mazala isə vurğulayıb ki, əslində, xərc-mənfəət nisbətini dəyişdirəcək təmin edəcəyimiz heç bir şey yoxdur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Almaniya   Silah   Ukrayna  



Xəbər lenti