Qazaxıstanda MTK-nın keçmiş sədr müavini həbs edilib

Qazaxıstanda MTK-nın keçmiş sədr müavini həbs edilib
  07 Fevral 2022    Oxunub:1001
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədr müavini Daulet Yerqojin həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə "İnterfax" MTK-ya istinadən məlumat yayıb.

Qeyd olunur ki, cinayət işi tamamilə məxfi xarakter daşıyır və ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.

Bundan əvvəl Qazaxıstan MTK-nın keçmiş rəhbəri Kərim Məsimov və onun müavini Anuar Sadıkulovun həbsi barədə məlumat yayılıb. Onlar dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə şübhəli bilinirlər. Ölkədə qüvvədə olan qanunvericiliyə görə, Məsimovu 10 ildən 15 ilədək müddətə (Qazaxıstan vətəndaşlığından məhrum edilməklə və ya olunmadan) azadlıqdan məhrumetmə cəzası gözləyir.

Komitənin keçmiş rəhbərlərinin istefaya göndərilməsindən sonra Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi öz fəaliyyətinin formatlaşdırılması üzrə işlərə başlayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti