İmran Xan Rusiyaya səfər edəcək

İmran Xan Rusiyaya səfər edəcək
  07 Fevral 2022    Oxunub:933
Pakistanın baş naziri İmran Xan fevralın sonunda Rusiyaya səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir bu barədə ölkənin diplomatik mənbələrinə istinadən “The Express Tribune” nəşri məlumat yayıb.

"Pakistanın baş naziri İmran Xan fevralın 23-25-də Rusiyaya səfər edəcək", - xəbərdə deyilir.

Nəşr qeyd edir ki, İmran Xan son iyirmi ildən artıq müddətdə Rusiyaya səfər edcək Pakistanın ilk hökumət başçısı olacaq.

Qeyd edək ki, İmran Xan yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı onun dekabrda keçirdiyi illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və ya sosial qrupun ləyaqətini alçaltmaq kimi hər hansı hərəkətin yolverilməzliyi ilə bağlı bəyanatına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verildiyini vurğulayıb.

Putin illik mətbuat konfransında bildirib ki, Məhəmməd peyğəmbəri təhqir etmək din azadlığının və İslamı qəbul edən insanların müqəddəs hisslərinin pozulmasıdır.

Söhbət zamanı Rusiya prezidenti və Pakistanın baş naziri təmasları davam etdirmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İmran-Xan   Rusiya   Səfər  



Xəbər lenti