"Ərdoğanın yenidən namizəd olmasına hansısa maneə yoxdur" - Baxçalı

   "Ərdoğanın yenidən namizəd olmasına hansısa maneə yoxdur" -    Baxçalı
  07 Fevral 2022    Oxunub:856
"Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd olmasında heç bir maneə yoxdur. Heç kim Ərdoğanın yolunu kəsə biləcəyini düşünməsin”.
AzVision.az xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib.

O, 2023-cü ilin iyununda keçiriləcək seçkidə “Cumhur İttifaqı”nın namizədinin Rəcəb Tayyib Ərdoğan olduğunu vurğulayıb.

"Bizim prezidentliyə namizədimiz bəllidir, o, cənab Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, Ərdoğan seçkidə qalib gələcək. 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə "Cumhur İttifaqı" yeni bir qələbəyə imza atacaq", - Baxçalı söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Dövlət-Baxçalı  



Xəbər lenti