Aİ Azərbaycanın 8 erməni hərbçini təhvil verməsini alqışlayıb

   Aİ Azərbaycanın 8 erməni hərbçini təhvil verməsini alqışlayıb
  07 Fevral 2022    Oxunub:1237
"Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıram".
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də yazıb.

Onun sözlərinə görə, bu, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir.

Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:  



Xəbər lenti