Avstraliya turistlər üçün sərhədlərini açır

Avstraliya turistlər üçün sərhədlərini açır
  07 Fevral 2022    Oxunub:1831
"Avstraliya fevralın 21-də sərhədlərini koronavirusa qarşı vaksin olunmuş turistlərin üzünə açacaq".
AzVision.az “Aljazeera”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skot Morrison deyib.

O, pandemiya ilə bağlı sərt və uzun sürən qadağaların sona çatdığını elan edib: “Avstraliyada sərhədlərin bağlanması haqqında qəbul etdiyimiz qərardan artıq iki il keçib. Biz iki ildən sonra xarici turistləri qarşılayacaq".

Qeyd edək ki, Avstraliya COVID-19 pandemiyası ilə mübarizədə 2020-ci ilin martında öz vətəndaşlarına və daimi yaşayış icazəsi olan şəxslərə dünyada ən sərt məhdudiyyətlər tətbiq edən ölkələrdən biri olub.

Aytən Əzimova
AzVision.az



Teqlər:



Xəbər lenti