"Məni öldürməyə çalışırlar" - Lukaşenko

   "Məni öldürməyə çalışırlar" -    Lukaşenko
  07 Fevral 2022    Oxunub:996
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, onu fiziki cəhətdən aradan götürmək cəhdləri olub, indi onu öldürməyə çalışırlar.
AzVision.az xəbər verir ki, bu barədə Belarus lideri Vladimir Solovyova müsahibəsində deyib.

"İndi də çalışırlar. Hətta sən də mənim yanımda oturursan və bunu bilmirsən, bir aydan sonra deyəcəyəm", - Lukaşenko əlavə edib.

Rusiyalı jurnalistin onların prezidentin övladlarını öldürməyə cəhd edib-etməmələri ilə bağlı sualını cavablandıran Lukaşenko deyib: "Bu, həddən artıq olardı. Bu, qırmızı xətt deyil, onu ötüb keçən bir şeydir".

2021-ci il aprelin 17-də Lukaşenko özünün fiziki cəhətdən aradan götürülməsi, övladlarını oğurlamağa hazırlaşan qrup üzvlərinin saxlandığını bildirib. Onun sözlərinə görə, bu işdə xarici kəşfiyyat xidmətləri də iştirak edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus-prezidenti  



Xəbər lenti