Almaniya Kansleri Fransa və Polşa liderləri ilə görüşəcək

 Almaniya Kansleri Fransa və Polşa liderləri ilə görüşəcək
  07 Fevral 2022    Oxunub:2026
Almaniya Kansleri Olaf Şolts Berlində Fransa prezidenti Emmanuel Makron və Polşa prezidenti Anjey Dudanı qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi jurnalistlərə bildirib. “Fevralın 8-də kansler prezidentlər Emmanuel Makron və Anjey Dudanı dəvət edib, xüsusən də Ukraynadakı vəziyyət müzakirə olunacaq”, - o deyib.

Qeyd olunub ki, Almaniya və tərəfdaşları Ukrayna ətrafında vəziyyəti diplomatiya yolu ilə həll etməyə çalışırlar.

AzVision.az


Teqlər: Rusiya   Almaniya  



Xəbər lenti