Ermənistanda pakistanlı uşağa qarşı dəhşətli zorakılıq edilib

   Ermənistanda    pakistanlı uşağa qarşı dəhşətli zorakılıq    edilib
  07 Fevral 2022    Oxunub:3627
Ermənistanda azyaşlı uşaq anası polisə müraciət edərək, bağçada övladına qarşı baş verən zorakılıqdan şikayətlənib. O bildirib ki, 124 saylı uşaq bağçasının dayələri bir qrup uşağın köməyilə övladını torpaq, ot və nəcis yeməyə məcbur edib, əllərini və boynunu kəndirlə bağlayıb, sinəsini isti dəmir oyuncaqlarla yandırıblar.
Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, hüquq-mühafizə orqanlarına müraciət edən qadın bildirib ki, 2019-cu ildən 2021-ci ilə kimi həmin bağçaya gedən övladına mütəmadi olaraq işgəncə verilməsinin səbəbi uşağın atasının pakistanlı olmasıdır.

Faktla bağlı polisdə ağır fiziki işgəncə və ya psixoloji əzab vermə maddəsi ilə cinayət işi açılıb. Əgər əməlin irqi motivlərlə törədildiyi üzə çıxarsa, günahkar olduğu iddia edilən şəxsləri 7 ilə qədər həbs gözləyir.

Şübhəlilərdən biri olan tərbiyəçi İrina Ayvazyanın vəkili Yenok Azaryan nəşrə açıqlamasında iddia edib ki, qadının səsləndirdiyi ittihamlar həqiqətə uyğun deyil. Azaryan qeyd edib ki, iş çərçivəsində 2 şübhəli mövcuddur, hər ikisi pedaqoqdur, həmçinin çoxlu şahidlər var.

Ordu.az



Teqlər: Ermənistan   Pakistan  



Xəbər lenti