Zelenski Almaniyanın XİN başçısı ilə görüşdən imtina etdi

Zelenski Almaniyanın XİN başçısı ilə görüşdən imtina etdi
  08 Fevral 2022    Oxunub:1050
Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə planlaşdırılan görüşdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə "CNN" telekanalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Görüşün ləğvinə səbəb Zelenskinin Almaniyanın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar və Kiyevə hərbi yardımla bağlı qarşı tərəfin mövqeyi ilə razılaşmaması olub.

Qeyd olunub ki, rəsmi şəkildə görüşün ləğvi cədvəldəki dəyişikliklərlə izah edilib, lakin mənbənin sözlərinə görə, Zelenski bunu bilərəkdən edib: “Almaniya Şərqi Avropada və Kiyevdə getdikcə daha çox Qərb müttəfiqi deyil, Rusiyanın müttəfiqi kimi qəbul edilir”.

AzVision.az






Teqlər: Zelenski   Almaniya  



Xəbər lenti