Yeni Zelandiyada COVİD məhdudiyyətlərinə qarşı etirazlar başlayıb
"Azadlıq üçün birlik"- şüarı altında keçirilən aksiyada iştirak üçün ölkənin bütün regionlarından etirazçılar paytaxt Vellinqtona gəliblər. Onların böyük bir qismi maskasız olub. Etirazçıların sözlərinə görə, azadlığa çağıran plakatlarla pandemiya qadağaları ləğv olunanadək paralamentin qarşısında gecələyəcəklər.
Yeni Zelandiyanın baş naziri Casinda Aderin etirazçılarla görüşməyib və deyib ki, onlar əhalinin çox hissəsini təşkil etmir.
Aytən Əzimova
AzVision.az
Teqlər: Yeni-Zelandiya Aksiya







Vaxtında, Aydın, Lazımlı!


