İranda bir gündə 114 nəfər virusdan ölüb

İranda bir gündə 114 nəfər virusdan ölüb
  08 Fevral 2022    Oxunub:1301
Son sutka ərzində İranda 38 min 757 nəfər koronavirusa yoluxub, 114 nəfər isə bu xəstəlikdən ölüb.
AzVision.az İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 657 842 nəfərə, ölənlərin ümumi sayı isə 133 048-ə çatıb.

Müxtəlif xəstəxanaların reanimasiya şöbəsində yerləşdirilən 2 724 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 191 746 xəstə sağalaraq evə buraxılıb. İranın 120 şəhəri virusun geniş yayılması ilə əlaqədar qırmızı zonaya daxil edilib.

AzVision.az



Teqlər: İran  



Xəbər lenti