Zelenski: "Lukaşenko Daş dövrünə qayıtmaq istəyirsə..."

      Zelenski:  "Lukaşenko Daş dövrünə qayıtmaq istəyirsə..."
  08 Fevral 2022    Oxunub:1732
Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarını enerji resurslarının tədarükünü dayandırmaqla hədələyib. Onun sözlərinə görə, Kiyev Rusiya ilə münasibətləri kəskinləşdirməyə təşəbbüs etsə, Ukrayna Belarusun yanacaq-sürtkü materialları və elektrik enerjisindən məhrum olacaq.
AzVision.az xəbər verir ki, artıq Volodimir Zelenski Lukaşenkoya cavab verib. O, deyib ki, tədarükün dayandırılmasından ilk olaraq bundan sadə vətəndaşlar əziyyət çəkəcəklər. Ukrayna prezidenti bunu daş dövrünə qayıtmaq kimi qiymətləndirib.

Lukaşenko: “Tanrı belarusludur”
- Əgər ölkələr bir-birinə qarşı ticarəti məhdudlaşdırmağa başlasalar, bundan kim zərər çəkəcək? Belə olan halda mütləq sadəcə insanlar əziyyət çəkmiş olacaqlar, - Zelenski Fransa prezidenti ilə mətbuat konfransı zamanı deyib.

Ukrayna prezidenti onu da bildirib ki, Kiyevlə Minsk arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil edir. Onun 1,5 milyardı Ukraynanın Belarusa ixracı sayılır. Zelenskinin sözlərinə görə, Lukaşenkonun “Daş dövrünə qayıtmaq arzusu varsa” tədarükün dayandırılmasına müraciət edə bilər.

Xatırladaq ki, bir müddət öncə Lukaşenko Ukrayna prezidenti haqqında xoşagəlməz fikirlər səsləndirmişdi. O, Zelenskini “başsız” adlandırıb və qeyd edib ki, Kiyev müəyyən qərarlara “sövq edildiyindən” təkbaşına qərar qəbul etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Lukaşenko   Rusiya  



Xəbər lenti