Rusiya qırıcıları Belarus səmasında patrul xidməti aparıb - VİDEO

Rusiya qırıcıları Belarus səmasında patrul xidməti aparıb -   VİDEO
  08 Fevral 2022    Oxunub:1432
Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki "Tu-22M3" uzaqmənzilli bombardmançı təyyarəsi ay ərzində ikinci dəfə Belarusun hava məkanında patrul xidməti həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

- Uçuşun müddəti 4 saata yaxın olub, - nazirliyin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, marşrutun müəyyən mərhələlərində uzaqmənzilli təyyarələri Rusiya Aerokosmik Qüvvələrinin "Su-35" qırıcıları və Belarus Hərbi Hava Qüvvələrinin "Su-30sm" qırıcıları müşayiət edib.



Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti