Rusiyalı milyarder ağır avtoqəza törətdi- VİDEO

 Rusiyalı milyarder ağır avtoqəza törətdi-    VİDEO
  08 Fevral 2022    Oxunub:2703
Rusiya mediası Moskvanın qərbində doqquz avtomobilin toqquşması ilə nəticəsində ağır qəza anını əks etdirən görüntüləri yayıb. AzVision.az xəbər verir ki, sosial şəbəkələrdən əldə edilən videonu ilk olaraq “112” Telegram kanalı üzə çıxarıb.
Kadrlarda “Mercedes” markalı avtomobili idarə edən rusiyalı milyarder Aleksey Şepelin idarəetməni itirməsi və yanaşı zolağa çıxaraq avtomobilləri necə əzməsi əks olunub.

Qeyd edək ki, bir müddət öncə Moskvanın Rublevski şossesinin Krasnıye Zor küçəsi ilə kəsişməsində doqquz avtomobilin toqquşması və maşınlardan birinin rusiyalı biznesmen Aleksey Şepelə məxsus olması barədə məlumat yayılmışdı. O, qəza nəticəsində xəsarət aldığını və hazırda xəstəxanada olduğunu təsdiqləyib.

- Mən Moskvadan Rublyovka ilə evə doğru gedirdim. Zərbə oldu. Başqa heç nə xatırlamıram- Şepel deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Qəza   Rusiya  



Xəbər lenti