Paris Kiyevə 200 milyon kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək

 Paris Kiyevə 200 milyon kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək
  08 Fevral 2022    Oxunub:3103
Fransa Ukraynaya xüsusi inkişaf proqramları üçün 200 milyon avro kredit və 1 milyard avro maliyyə zəmanəti verəcək. Bu zəmanət çərçivəsində Kiyev Fransız banklarından kreditlər ala biləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinon mətbuat xidməti məlumat yayıb.
Ofisdən verilən məlumata görə, yığılan vəsait Fransa tərəfi ilə razılaşdırılmış konkret layihələrə xərclənə bilər. Bu vəsaitlərin ayrılması fransız təchizatçı və podratçılarının onların işlənib hazırlanmasına cəlb edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Fransanın ölkəyə 1,2 milyard avro makromaliyyə yardımı ayıracağını, bunun iqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti