"ABŞ Suriyadakı vəziyyətə mənfi təsir edir" - Rusiyalı kontr-admiral

"ABŞ Suriyadakı vəziyyətə mənfi təsir edir" -    Rusiyalı kontr-admiral
  08 Fevral 2022    Oxunub:1607
"ABŞ ordusunun fəaliyyəti hələ də Suriyadakı vəziyyətə mənfi təsir göstərir". AzVision.az xəbər verir ki, bunu Suriyada Müharibə Tərəflərinin Barışıq üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Juravlev deyib.
- Suriya Ərəb Respublikası ərazisində qeyri-qanuni mövcud olan ABŞ silahlı qüvvələrinin fəaliyyəti ölkədəki vəziyyətə mənfi təsir göstərməkdə davam edir. "Zayevfırat"ın amerikapərəst hakimiyyətinin nəzarətində olan ərazilərində təhlükəsizlik vəziyyəti hələ də kritik olaraq qalır,- Juravlev deyib.

O fikirlərinə onu da əlavə edib ki, təkcə son üç gündə regionda 10 terror aktı və təxribat törədilib. Nəticədə 18 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti