Alman telekanalı Moskvanı Ukrayna paytaxtı kimi təqdim etdi

Alman telekanalı Moskvanı Ukrayna paytaxtı kimi təqdim etdi
  08 Fevral 2022    Oxunub:2028
Fevralın 7-də Almaniyanın "Tagesschau" portalında xarici işlər naziri Annalena Burbok və onun Ukraynaya səfəri barədə xəbər yayılıb. Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü təxirə salınan nazirlə bağlı xəbərdə Rusiyaya dair ciddi səhvə yol verilib.
Alman jurnalistlər Kiyevin Almaniyadan nə istədiyi barədə danışıblar. AzVision.az xəbər verir ki, Rusiya mediası isə alman həmkarlarının reportajda Rusiya paytaxtını səhv salmasını qınayıb.

- Reportaj Kiyevdən təşkil olunsa da, telekanal səhvən Ukrayna paytaxtının adını Moskva yazıb. Yəni sanki görüntülər Moskvadandır...

Xatırladaq ki, fevralın 7-də Annalena Burbok iki günlük səfər üçün Ukraynaya gəlib. O, Donbasa səfər edib və təmas xəttində 40 dəqiqəyə yaxın olub.

- Avropanın mərkəzində hələ də müharibənin olmasının nə demək olduğunu başa düşmək üçün buradayam, - Almaniya Xarici İşlər Naziri deyib.

AzVision.az



Teqlər:



Xəbər lenti