Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu- VİDEO

 Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu-    VİDEO
  09 Fevral 2022    Oxunub:2485
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tiflisdə keçirilən məhkəmə prosesində Ukraynanın dövlət himnini oxuyub. AzVision.az xəbər verir ki, video sosial mediada yayılıb.
Saakaşvili çıxışına bütün ittihamları əsassız adlandırmaqla başlayıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu isə məhkəmə zalında ajiotaj yaradıb və tərəflər arasında söz davasə olub. Bundan sonra vəkillər Ukrayna bayrağını Saakaşviliyə verərək telefonda Ukrayna himnini səsləndiriblər. Keçmiş prezident isə himni oxuyub. Saakaşvilinin vəkilləri və tərəfdarları bütün bu müddət ərzində ayaq üstə dayanıblar.

Saakaşvili yenidən aclıq aksiyasına başlaya bilər
Xatırladaq ki, Saakaşvili ötən ilin oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, özünü siyasi məhbus adlandırır və həbs olunduğu andan aclıq aksiyasına başlayıb. Qeyd edək ki, məhkəmə dövlət vəsaitinin mənimsənilməsi işi üzrə aparılır.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Himn   Saakaşvili   Məhkəmə  



Xəbər lenti