GUAM liderlərinin sammiti keçiriləcək

   GUAM liderlərinin sammiti keçiriləcək
  09 Fevral 2022    Oxunub:1034
"Biz Azərbaycanla olan yaxşı münasibətləri əla münasibətlərə çevirmək istəyirik".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku mətbuat konfransında deyib. O bildirib ki, Moldova GUAM çərçivəsində də əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Moldovanın sədrliyi ilə ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bundan əlavə quruma üzv ölkələrin liderlərinin sammitini keçirmək planımız var. Əlbəttə ki bu detallar işlənib hazırlanacaq. GUAM- ın çox praktiki əməkdaşlıq imkanları var. Bu il 25 illiyi tamam olur. Xatırlatmaq yerinə düşər ki, bu qrupdakı dövlətlər bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir".

Nazir əlavə edib ki, çalışmalıyıq praktiki faydalar əldə edək. Nəqliyyat, enerji, beynəlxalq ticarət, qida çatdırılması və s. istiqamətlərdə əməkdaşlığın inkişafı üçün planlar mövcuddur.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: GUAM  



Xəbər lenti