Ərdoğanı təhqir edən 6 nəfərə qarşı araşdırma başladılıb

   Ərdoğanı təhqir edən 6 nəfərə qarşı araşdırma başladılıb
  09 Fevral 2022    Oxunub:2052
Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın koronavirusun omikron ştamına yoluxduğunu elan etdikdən sonra sosial şəbəkələrdə ona qarşı təhqiramiz və təxribat xarakterli ifadələr işlətdiyinə görə altı nəfərə qarşı məhkəmə araşdırmasına başlayıb.
“Yeni Şəfəq” qəzetinin məlumatına görə, iş üzrə aparılan istintaq çərçivəsində 26 nəfər sərbəst buraxılıb.

Türkiyədə prezidentin təhqir edilməsi ilə bağlı qanuna əsasən bu cür hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb oluna və bir ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Ərdoğan şənbə günü həyat yoldaşı ilə birlikdə koronavirusun omikron ştamına yoluxduğunu bildirib. Türkiyə liderini fevralın 3-də Kiyevə səfəri zamanı müşayiət edən milli müdafiə naziri Hulusi Akar da koronavirusa yoluxub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  



Xəbər lenti