Putin Türkiyəyə nə zaman səfər edəcək? - Açıqlama

 Putin Türkiyəyə nə zaman səfər edəcək? -  Açıqlama
  09 Fevral 2022    Oxunub:3014
Rusiya prezidenti Vladimir Putinin fevralın 14-də Türkiyəyə səfər edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinin hələlik dəqiq tarixlərinin olmadığını, lakin gələcəkdə belə bir səfərin baş tutacağını bildirib.

“Tarix yaxın günlərdə açıqlanacaq, ola bilsin ki, səfər fevralın 14-də baş tutsun", - mənbə vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   Səfər  



Xəbər lenti