"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır" - Paşinyan

 "Ermənistan Azərbaycanla  sülh müqaviləsi  imzalamağa hazırdır" -  Paşinyan
  09 Fevral 2022    Oxunub:1969
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır və buna hazırdır".
AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq həmişə Ermənistan hökumətlərinin hədəfi olub", - o bildirib.

Paşinyan əlavə edib ki, İrəvan bu məqsədə çatmaq üçün danışıqlara ehtiyac olduğunu anlayır.

AzVision.az



Teqlər: Paşinyan   Sülh-müqaviləsi  



Xəbər lenti