"Britaniya ilə münasibətlər son illərin ən aşağı nöqtəsindədir" - Lavrov
“Britaniya baş naziri Boris Consonun ofisi elan edib ki, siz və müdafiə naziri Ben Uolles münasibətləri yaxşılaşdırmaq üçün Rusiyaya səfər edəcəksiniz. Əgər bu, həqiqətən də britaniyalı həmkarlarımızın tapşırığıdırsa, əlbəttə ki, biz də qarşılıq verəcəyik, çünki uzun illər ərzində yəqin ki, indi ən aşağı nöqtədə olan münasibətlər bizi qane edə bilməz.
Lavrov Moskva və Londonun ikitərəfli əməkdaşlıq mexanizmlərini bərpa edə biləcəklərinə ümidvar olduğunu bildirib, qeyd edib ki, beynəlxalq həyatın istənilən iki subyektinin ünsiyyəti hər iki tərəf üçün əlavə dəyərə malik olmalıdır və yalnız bu halda müsbət nəticələr olacaq.
“Bu cür yanaşmalar tətbiq edildikdə, dərhal müsbət nəticə verir, buna misal olaraq ticari-iqtisadi və investisiya əməkdaşlığımızın davamlı şəkildə qurulmasını, mədəni-humanitar əlaqələrin genişlənməsini göstərmək olar”, - Rusiyanın XİN rəhbəri bildirib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


