COVID-19 ürək xəstəlikləri riskini artırıb
Tədqiqatçılar virusa yoluxmuş 5,6 milyon və pandemiyadan əvvəl məlumatları toplanmış 5,9 milyon insanda ürək-damar problemləri nisbətini müqayisə ediblər.
Məlum olub ki, COVİD-19-dan sağaldıqdan bir il sonra insanlarda infarkt riski 63%, ürək ritminin pozulması riski 69%, insult riski 52% artıb. Hesabata görə, digər iki qrupla müqayisədə ürək çatışmazlığı riski 72%, ağciyərlərdə potensial ölümcül qan laxtalanması riski təxminən 3 dəfə yüksəlib.
Aytən Əzimova
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


