Ermənistanda virusa yoluxanların sayı 400 mini ötüb

Ermənistanda virusa yoluxanların sayı 400 mini ötüb
  11 Fevral 2022    Oxunub:2200
Ermənistanda son sutka ərzində daha 2 676 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 402 403 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 23 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 145-ə yüksəlib. Aktiv xəstələrin sayı 27 029 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1567 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti