Rusiyalı gənc aktrisa vəfat edib

Rusiyalı gənc aktrisa vəfat edib
  11 Fevral 2022    Oxunub:1434
Rusiyalı gənc aktrisa, rejissor Valeri Todorovskinin həyat yoldaşı Yevgeniya Brik vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ailənin yaxınlarına istinadən məlumat yayıb.

41 yaşlı aktrisanın ölümünün səbəbi hələ ki, açıqlanmır. Məlumata görə, o, Los-Ancelesdə müalicə olunub. Həyat yoldaşı son günədək onun yanında olub.

Ailəsindən aktrisanın koronavirusa yoluxmadığı bildirilib.

Y. Brik 3 sentyabr 1981-ci ildə anadan olub. O, “Mülayimləşmə” serialı, “Stilyaqi” və digər filmlərdəki rolları ilə tanınıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Aktrisa  



Xəbər lenti