Bu il Meksikada beş jurnalist qətlə yetirilib

Bu il Meksikada beş jurnalist qətlə yetirilib
  11 Fevral 2022    Oxunub:2406
Meksikada jurnalist Heber Lopez qətlə yetirilib. AzVision.az xəbər verir ki, Lopez il ərzində bu ölkədə öldürülən sayca 5-ci jurnalistdir.
Vəkillərin sözlərinə görə, 2022-ci ilin ilk 6 həftəsi mətbuat nümayəndələri üçün son 10 ilin ən ölümcül həftəsi hesab olunur.

Lopez çərşənbə günü Salina Kruzdakı ofisində hücuma məruz qalıb. O, güllələnərək öldürülüb.

Xatırladaq ki, Meksika dünyada jurnalistlərin ən çox öldürüldüyü ölkədir. “Human “Rights” təşkilatının məlumatına görə, 2000-2021-ci illər arasında Meksikada təxminən 145 jurnalist öldürülüb.

Aytən Əzimova
AzVision.az



Teqlər: Meksika   Jurnalist   Qətl  



Xəbər lenti