Baydendən müharibə təhlükəsi xəbərdarlığı
Ölkə prezident Co Bayden Rusiyanın işğal təhlükəsinə istinad edərək Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırır: “Amerika vətəndaşları dərhal ölkəni tərk etməlidir. Biz terror təşkilatı ilə mübarizə aparmırıq. Biz dünyanın ən güclü ordusu ilə mübarizə aparırıq. Bu, fərqli vəziyyətdir və durum pisləşə bilər".
Bayden, həmçinin bildirib ki Rusiyanın müdaxiləsi zamanı o, Amerika vətəndaşlarını xilas etmək üçün Ukraynaya qoşun göndərmək niyyətində deyil.
“Əgər Amerika və Rusiya arasında müharibə olsa, bu zaman biz fərqli bir mövqedə olacağıq", - Bayden söyləyib.
Aytən Əzimova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


