ABŞ Kiyevdəki səfirlik işçilərini ixtisar edir - Ağ Ev

ABŞ Kiyevdəki səfirlik işçilərini ixtisar edir -    Ağ Ev
  11 Fevral 2022    Oxunub:1795
"ABŞ Ukraynadakı səfirliyinin sayını daha da ixtisar edir və bütün amerikalıları dərhal ölkəni tərk etməyə çağırır". AzVision.az xəbər verir ki, bunu cümə günü Ağ Evdə keçirdiyi brifinqdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Biz Kiyevdəki səfirlik əməkdaşlarının sayını azaltmağa davam edirik. Ukraynada qalan bütün Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq. Bu mərhələdə biz çox aydın olmaq istəyirik: Ukraynadakı istənilən amerikalı mümkün qədər tez - yaxın 24-48 saat ərzində ölkəni tərk etməlidir", - Sullivan əlavə edib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti