ABŞ bu gün Ukraynadakı diplomatlarının təxliyəsini elan edəcək - KİV

ABŞ bu gün Ukraynadakı diplomatlarının təxliyəsini elan edəcək -    KİV
  12 Fevral 2022    Oxunub:1895
ABŞ Dövlət Departamenti bu gün Kiyevdəki səfirliyinin əməkdaşlarının evakuasiyasını elan etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

"ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın gözlənilən hücumu ərəfəsində Dövlət Departamenti şənbə günü Kiyevdəki səfirlikdən bütün əməkdaşlarını çıxaracaq", - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, Vaşinqtonun ölkədə diplomatik mövcudluğunu davam etdirə bilməsi üçün məhdud sayda ABŞ diplomatı Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər.

"Politico" nəşrinə görə, ABŞ prezidenti Co Bayden videokonfrans zamanı müttəfiqlərə söyləyib ki, Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər.
Sözügedən görüşdə Britaniya, İtaliya, Almaniya, Polşa, Rumıniya liderləri, o cümlədən NATO-nun baş katibi iştirak edib.

Nəşrin yazdığına görə, Vaşinqton bəyn edib ki, Rusiyanın hücumu həm raket zərbəsi, həm də kiberhücum ola bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Ukrayna   Evakuasiya  



Xəbər lenti