"Qərb eyforiyaya düşməsəydi, Avropa təhlükəsiz olardı" - Peskov

 "Qərb eyforiyaya düşməsəydi, Avropa təhlükəsiz olardı" -  Peskov
  12 Fevral 2022    Oxunub:1914
“Əgər Qərb son 15 ildə Rusiyanı özünə tabe etməklə bağlı fikirlərdən eyforiyaya düşməsəydi, Avropa indi daha sabit, təhlükəsiz olardı”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Qərb bu eyforiyaya düşməsəydi, hər şey başqa cür ola bilərdi: “İndi Avropa - bizim ümumi evimiz daha sabit, daha təhlükəsiz olardı”, – Peskov əlavə edib.

Xatırladaq ki, Peskov bu açıqlamanı Putinin Münhen Təhlükəsizlik Konfransındakı məşhur çıxışının 15-ci ildönümündə edib. Həmin vaxt Rusiya lideri ABŞ-ın xarici siyasətini və birqütblü dünya nizamı ideyasını sərt şəkildə tənqid etmiş, NATO-nun genişləndirilməsi və Şərqi Avropada ABŞ-ın raketdən müdafiə sistemləri yerləşdirilməsi planlarına qarşı çıxmışdı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov  



Xəbər lenti