Rusiya və ABŞ Hindistanda hərbi təlimdə iştirak edəcəklər

Rusiya və ABŞ Hindistanda hərbi təlimdə iştirak edəcəklər
  12 Fevral 2022    Oxunub:1485
Fevralın sonunda Hindistanda başlayacaq ən böyük dəniz təlimində Rusiya və ABŞ da təmsil olunacaq. AzVision.az xəbər verir ki, bu barədə "Hindu" nəşri məlumat yayıb.
- Ukrayna ilə bağlı gərginliyin artması fonunda ABŞ və Rusiya bu ayın sonunda Hindistanın ən böyük dəniz təlimində iştirak edəcək. Müdafiə Nazirliyindəki mənbələrdən əldə etdiyimiz məlumata görə həm Rusiya, həm də ABŞ fevralın 26-dan etibarən keçiriləcək "Milan 2022" (Milan hind dilində görüş deməkdir-red.)təlimində iştirakını təsdiqləyiblər. Təlim 4 mart tarixinə kimi davam edəcək.

Bayden fevralın 16-da hücum gözləyir - "Politico"
Təlimlərin məqsədi əməliyyat bacarıqlarını təkmilləşdirmək, qabaqcıl təcrübə və prosedurları öyrənmək və dost donanmalar arasında peşəkar qarşılıqlı əlaqə vasitəsilə dənizçilik sahəsində doktrinaların öyrənilməsini təmin etməkdir, - mənbə nəşrə bildirib.

Qeyd edək ki, "Milan" Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən iki ildən bir keçirilən çoxtərəfli dəniz təlimidir. Bu il təlimlər ilk dəfə olaraq 1995-ci ildən keçirildiyi Andaman və Nikobar adalarının əvəzinə Vişakxapatnamda keçiriləcək. Təlimlərin yerinin dəyişdirilməsi çoxlu sayda iştirakçının olması ilə bağlıdır.
“Milan 2022” təlimi təkcə Hindistanda deyil, bütün regionda ən böyük çoxtərəfli dəniz təlimi olacaq.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri, xüsusən də ABŞ arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Hindistan   Təlim   ABŞ  



Xəbər lenti