Lavrovla Blinken arasında telefon danışığı olub

   Lavrovla Blinken arasında telefon danışığı olub
  12 Fevral 2022    Oxunub:1892
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Lavrov həmkarına deyib ki, ABŞ və müttəfiqlərinin Ukraynaya qarşı "Rusiyanın hücumu" ilə bağlı başlatdığı təbliğat kampaniyası təxribat xarakterli məqsədlər güdür, Kiyev hakimiyyətini Minsk razılaşmalarını sabotaj etməyə və "Donbass problemini" güc yolu ilə həll etmək üçün zərərli cəhdlərə sövq edir.

Onun sözlərinə görə, ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə reaksiyası Moskva üçün əsas olan müddəaları rədd edir: "Vaşinqton və Brüsselin Rusiya-Amerika müqaviləsi və NATO ilə bizim tərəfimizdən təqdim etdiyimiz təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrinə reaksiyası bizim üçün əsas, ilk növbədə, alyansın genişlənməməsi və Rusiya sərhədləri yaxınlığında hücum silahlarının yerləşdirilməməsi ilə bağlı müddəaları gözardı edir".

Vurğulanıb ki, bu məsələlər ABŞ və NATO-dan daxil olan və həmkarların diqqətinə çatdırılacaq sənədlərlə bağlı qiymətləndirməmizin mərkəzində dayanacaq.

Lavrov Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi ilə bağlı ən yüksək səviyyədə götürülmüş öhdəlikləri pozan hərəkətlərin yolverilməzliyini xatırladıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Blinken   Lavrov  



Xəbər lenti