Putin Makronla danışıb

Putin Makronla danışıb
  12 Fevral 2022    Oxunub:2977
Rusiya prezidenti Vladimir Putin və və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə “France-Press” Yelisey sarayına istinadən məlumat yayıb. Xəbərdə Makronun Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün rusiyalı həmkarı Putinlə 1saat 40 dəqiqə danışdığı bildirilib.

Fevralın 7-də Makron Moskvaya səfər etmişdi. Rusiya və Fransa liderləri arasında görüş 5 saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub. Ertəsi gün Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

AzVision.az



Teqlər: Putin   Makron  



Xəbər lenti