Çavuşoğlu Qərbi Ukrayna ilə bağlı çaxnaşma salmamağa çağırıb

Çavuşoğlu Qərbi Ukrayna ilə bağlı çaxnaşma salmamağa çağırıb
  12 Fevral 2022    Oxunub:1191
“Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarında çaxnaşma yaratmamalıdır”.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verri ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmazdı. Əgər belə bir vəziyyət olmayacaqsa, qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar".

Türkiyənin xarici işlər naziri bildirib ki, qərb Rusiya Federasiyasını guya Ukrayna ətrafında vəziyyəti gərginləşdirməkdə ittiham edir.

“Moskva bunu qəti şəkildə inkar edir və heç kimə hədə-qorxu gəlmir. NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi də bütün bu ittihamlardan sonra baş verir” - , deyə Mövlud Çavuşoğlu əlavə edib.

AzVision.az



Teqlər: Çavuşoğlu   Ukrayna  



Xəbər lenti