İsrail də vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

İsrail də vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı
  12 Fevral 2022    Oxunub:2244
İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb,
AzVision.az -nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.

“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb.

AzVision.az



Teqlər: İsrail   Ukrayna  



Xəbər lenti