NATO-da Ukrayna və Gürcüstanın üzvlüyünə dair konsensus yoxdur

NATO-da Ukrayna və Gürcüstanın üzvlüyünə dair konsensus yoxdur
  14 Fevral 2022    Oxunub:1225
“Hazırda NATO-da Ukrayna və ya Gürcüstanın alyansa qəbulu ilə bağlı konsensus yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının rəhbəri, alman diplomat Volfqanq İşinger Berlində keçirdiyi brifinqdə deyib.

"Şimali Atlantika Alyansında, mənim bildiyimə görə, bu günə qədər konsensus yoxdur. Belə bir qərar üçün, yəni bu ölkələrdən birini və ya hər ikisini alyansa qəbul etmək üçün konsensus lazımdır", - o əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti