Türkiyədə ərzaq məhsulları üzrə ƏDV azaldılıb

Türkiyədə ərzaq məhsulları üzrə ƏDV azaldılıb
  14 Fevral 2022    Oxunub:1266
"Türkiyə hökuməti inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində bazar ertəsindən etibarən əsas ərzaq məhsullarına ƏDV-ni endirib".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyədə bir sıra zəruri ərzaq məhsulları üzrə ƏDV dərəcəsi 8 faizdən 1 faizə endirilib. Həmçinin, Ərdoğan ərzaq şirkətlərinin hökumətin tədbirləri üzərinə könüllü olaraq qiymətləri 7% azaltmasını gözlədiyini söyləyib.

"Ərzaq məhsullarının bahalaşması inflyasiyanın sürətlənməsində mühüm rol oynayır", - deyə prezident vurğulayıb.

Rəsmi məlumatlara görə, Türkiyədə istehlak qiymətləri yanvar ayında 2021-ci ilin eyni ayına nisbətən 48,69% artıb. İnflyasiya 20 ildə pik həddə çatdı. Eyni zamanda, bir çox ekspertlər reallıqda inflyasiyanın 115%-i keçdiyini iddia edirlər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti