Əminə Ərdoğan koronavirusdan hələ sağalmayıb

Əminə Ərdoğan koronavirusdan hələ sağalmayıb
  14 Fevral 2022    Oxunub:1406
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan hələ koronavirusdan sağalmayıb.
AzVision.az xəbər verir ki, bunu Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşməzdən əvvəl jurnalistlərə deyib.

Onun sözlərinə görə, Əminə Ərdoğanın testinin nəticələri hələ də pozitivdir və müalicəsi davam edir.

Xatırladaq ki, fevralın 5-də Türkiyə lideri və xanımının koronavirusa yoluxduğu məlum olub. Fevralın 10-da Ərdoğan koronavirusdan sağaldığını söyləyib.

AzVision.az





Teqlər: Ərdoğan  



Xəbər lenti