Polşada güclü partlayış olub

Polşada güclü partlayış olub
  14 Fevral 2022    Oxunub:1135
Polşada güclü partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, partlayış Polşanın Krupski Mlın bölgəsində yerləşən “NitroErg” partlayıcı zavodunda baş verib.

- Krupski Mlın şəhərindəki "NitroErg" partlayıcı zavodunda baş verən dəhşətli partlayış zavodun ərazisindəki binalardan birini dağıdıb, - məlumatda deyilir.
Qeyd edilir ki, partlayışın səsi onlarla kilometr radiusda eşidilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti