
Kafedəki çəkişmə tezliklə əsl davaya çevrilib. Söhbətə qarışan azərbaycanlı Aslan Bayramov qadını qaraçılardan qorumağa çalışıb.
Qaraçılar isə köməyə yeni adamlar çağıraraq, “söhbət”i kafedən kənarda da davam etdiriblər. Nəticədə bir neçə avtomobilə ziyan dəyib. Dava isə səhəri gün də davam etdirilib.
Rusiya polisi Cinayət Məcəlləsinin 213.2 maddəsi ilə (“Xuliqanlıq”) cinayət işi açaraq, rus qadını qaraçılardan qoruyan azərbaycanlını – Aslan Bayramovu, həmçinin onun qardaşları Namiq və Emil bayramovları saxlayıb. Onların hər üçün Tyajinsk qəsəbəsinin sakinləridir. İndi qardaşları 7 ilə qədər həbs cəzası gözləyə bilər.

Çox təəssüf ki, yerli media davanı milli zəmində təqdim etməyə çalışır. Halbuki, həm şahidlərin, həm də Alyonanın özünün dediklərinə, sosial şəbəkədə paylaşılan materiallara görə, heç bir milli mübahisə olmayıb, azərbaycanlılar sadəcə, qızı qaraçılardan müdafiə etməyə çalışıblar.

- Əsl kişi kimi davranan günahsız insanları həbs ediblər. Əgər onlar məsələyə qarışmasaydılar, hər şeyin necə qurtaracağını təsəvvür etmək çox çətindir, - Alyona sosial şəbəkə hesabında yazıb.

Hazırda araşdırma davam edir. Rusiya polisinin kütləvi davada iştirak edən qaraçılardan niyə heç birini saxlamaması hətta yerli sakinlərdə də sual doğurur.
Biz inanmaq istəyirik ki, Rusiya polisi də bu məsələdə ictimaiyyəti kimi ədalətli və vicdanlı mövqe tutacaq.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


